Milli komandamız Polşaya yollandı
23.07.2009 - 12:51
Milli komandamız Polşaya yollandı
Polşanın Setnevo şəhərində gənc cüdoçular arasında beynəlxalq turnir keçiriləcək. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, yarışda ölkəmizin şərəfini 13 idmançı qoruyacaq.

Bunlar Elsevər Sadıqzadə, Vüqar Şirinli, İlqar Müşkiyev (hamısı 55 kq), Mirzə Əsgərov, Rasim Əsədullayev (hər ikisi 60 kq), Emin Fəqanoğlu, Rüstəm Orucov (hər ikisi 66 kq), Seyran Mahmudov (73 kq), Sain Məmmədov, Əli İskəndərov (hər ikisi 81 kq), Fərid Babayev (+100 kq), eləcə də Nərmin Abbaszadə (44 kq) və Ülviyyə Vəliyevadır (48 kq). Turnir iyulun 25-26-da baş tutacaq. Cüdoçularımız məşqçilər Fərhad Məmmədov və Azər Şıxəliyevin rəhbərliyi altında mübarizəyə qatılacaqlar.
0