Azərbaycan 5 milli komandaya qarşı
04.09.2009 - 14:19
Azərbaycan 5 milli komandaya qarşı
Qadın voleybolçulardan ibarət üzrə Azərbaycan milli komandası səfərə hazırlaşır. Apasport.az saytının məlumatına görə, sentyabrın 10-da Belarusa yollanacaq yığmamız ertəsi gün Mogilyov şəhərində startı veriləcək beynəlxalq turnirdə qüvvəsini sınayaq. Faiq Qarayevin komandası yarışda Belarus, Türkiyə və Ukrayna ilə üz-üzə gələcək.

Turnir başa çatdıqdan sonra yığmamız Baranoviçi şəhərində təlim-məşq toplanışı keçəcək. Burada voleybolçularımız Belarus və İsrail yığmaları ilə yoldaşlıq görüşləri gözləyir. Bu sentyabrın sonunda Polşada Avropa çempionatının qrup seçmə mərhələsinə hazırlıq məqsədi daşıyır.
0