Azərbaycan yığmasının rəqibi gizlənir
02.10.2009 - 14:23
Azərbaycan yığmasının rəqibi gizlənir
Azərbaycan milli komandasının 2010-cu il dünya çempionatının seçmə mərhələsində son rəqibi olan Rusiya yığmasının məşqləri qapalı olacaq. Apasport.az saytının məlumatına görə, Rusiya Futbol İttifaqı yığma komandalarının Almaniya və Azərbaycanla hazırlıq prosesi çərçivəsində açıqladığı qrafikdə açıq məşqlərdən imtina olması diqqət çəkir. İstisna yalnız oktyabrın 9-da olacaq ki, həmin vaxt Bakı vaxtı ilə saat 17:30-da başlayacaq məşq prosesinin yalnız 15 dəqiqəsi açıq olacaq. Rusiya yığmasının baş məşqçi Qus Hiddink hazırlıq prosesini bu ilin martın 28-də milli komandamızla görüşdüyü “Lujniki” stadionunda keçəcək. Məşq qrafikində dəyişiklərin olacağı istisna edilmir.

Qeyd edək ki, Hiddinkin mətbuat konfransı oktyabrın 9-da bizim vaxtla 17:00-da “Lujniki”nin mətbuat mərkəzində olacaq.
0