“İnter”in braziliyalı qapıçısı xanımı üçün söz verdi - FOTO
27.10.2009 - 15:22
“İnter”in braziliyalı qapıçısı xanımı üçün söz verdi - FOTO
İtaliyanın “İnter” klubunun futbolçusu Julio Sezar həyat yoldaşı Suzanna Vernerin pul qabının qaytarılmasını istəyir. Apasport.az saytının məlumatına görə, braziliyalı gözəlçə milanlıların “Katanya” ilə qarşılaşmasını izləmək üçün “Cüzeppe Meattsa” stadionuna getməsinə peşman olub. Ərinin oynamasına aludə olan Suzanna içində pul qabı olan çantasını da orada itirib. Buna çox üzülən 32 yaşlı modelin əri xanımını ovundurmaq üçün pul qabını tapmağı söz verib. Julio itirilən əşyaları qaytarana mükafat verəcəyini açıqlayıb. Lakin Braziliya yığmasının əsas qapıçısının söz verdiyi mükafat da qeyri-adiliyi ilə seçilir: “İnanmıram ki, onu qaytarsınlar. Lakin çantanı geri qaytarmalıdırlar. Pul qabının içində bizim üçün çox vacib olan sənədlər var idi. Kim bunu geri qaytarsa, ona avtoqraf verəcəyəm. Özü də təkcə özümün yox, bütün “İnter” futbolçularının avtoqraflarını”.

Qeyd edək ki, Julio ilə ailə həyatı quranadək Suzanna Ronaldonun sevgilisi olub.
0