“Qalatasaray” bakılıların baş məşqçisini dəyişdirdi - EKSKLÜZİV
08.12.2009 - 17:43
“Qalatasaray” bakılıların baş məşqçisini dəyişdirdi - EKSKLÜZİV
Bakının qadın voleybolçulardan ibarət “İqtisadçı” klubunda baş məşqçi dəyişikliyi olub. Azərbaycan Voleybol Federasiyasının mətbuat katibi Zöhrab Gözəlbəylinin apasport.az saytına verdiyi məlumata görə, ukraynalı baş məşqçi Vladimir Podkapayev tutduğu vəzifədən azad edilib. Bundan sonra “İqtisadçı”nı Pyotr Xilko çalışdıracaq.

Baş məşqçi dəyişikliyi komandanın son vaxtlar zəif çıxışı ilə əlaqədardır. Ötən həftə “Çağırış” kubokunun ikinci mərhələsi çərçivəsində səfərdə “Qalatasaray”a 0:3 hesablı məğlubiyyətdən sonra isə rəhbərlik qəti qərar gələrək, Podkapayevlə yollarını ayırıb.

Qeyd edək ki, “İqtisadçı”nın “Qalatasaray”la cavab görüşü dekabrın 10-da Bakı İdman Sarayında olacaq. Qarşılaşmanın start fiti saat 16:00-da çalınacaq.
0