Dünyanın ən yaxşı futzalçısı kimdir? - FOTO
11.01.2010 - 15:55
Dünyanın ən yaxşı futzalçısı kimdir? - FOTO
Dünyanın ən yaxşı futzalçısının adı məlum olub. Apasport.az saytının məlumatına görə, Ukrayna milli komandasının üzvü Alina Qorobets planetin ən yaxşı xanım futzalçısı seçilib. “Beliçanka-93” klubunda çıxış edən Alina “Futsalplanet” portalının ənənəvi sorğusunda birinci yeri tutub. 2009-cu ildə klub və yığmada 100-dən çox qol vurub 60-a yaxın məhsuldar ötürmə edən xanım bu mükafatın üçüncü sahibi olub.

Qeyd edək ki, 2007-ci ildə ispaniyalı Yeva Manguan, 2008-ci ildə isə braziliyalı Silena ən yaxşı xanım futzalçı seçilib.
0