“Xəzər-Lənkəran” daha iki legionerlə müqavilə bağladı-FOTO
02.02.2010 - 12:10
“Xəzər-Lənkəran” daha iki legionerlə müqavilə bağladı-FOTO
“Xəzər-Lənkəran” daha iki legionerin keçidini həll edib. Bu barədə apasport.az saytına klubun vitse-prezidenti Tuyqun Nadirov məlumat verib. Onun sözlərinə görə, braziliyalı yarımmüdafiəçi Kristian Martins Kabral və Emeka Opara ilə danışıqlar müsbət yekunlaşıb.

“Kristianın keçidi artıq rəsmiləşib. Onunla müqavilə bağlamışıq. Emekanın da transferi həllini tapır. Sadəcə, məsələnin rəsmiləşməsi qalıb ki, bunu da bir-iki günə həll edəcəyik. Hazırda sənədləşmə işləri ilə məşğuluq. Opara ilə də digər legionerlərlə olduğu kimi iki illik müqavilə imzalayacağıq” – deyə Nadirov bildirib.

30 yaşlı Kristian indiyədək yalnız vətənində, uzun illər yüksək liqada oynayıb. Son vaxtlar Tunisdə oynayan 26 yaşlı Opara isə bir vaxtlar Almaniyanın “Kayzerslauten” klubunun heyətində II Bundesliqada çıxış edib.

Qeyd edək ki, “Xəzər-Lənkəran” qış fasiləsində 4 futbolçu transfer edib. Lənkəran təmsilçisi öncə Albaniya və Estoniya yığmasının müdafiəçiləri Elvin Beçiri və Tixon Şişovla münasibətlərini rəsmiləşdirmişdi.
0