“Xəzər-Lənkəran” və “Bakı”: Yenə 2:1 hesablı qələbə?
26.04.2010 - 16:42
“Xəzər-Lənkəran” və “Bakı”: Yenə 2:1 hesablı qələbə?
Azərbaycan kubokunun yarımfinal mərhələsinin iştirakçıları bu turnirin tarixində ikinci dəfə görüşəcəklər. Apasport.az saytının məlumatına görə, “Xəzər-Lənkəran” “Olimpik”, “Bakı” isə “İnter”lə əvvəlki kubok sınağından qalib ayrılıb.

Lənkəran təmsilçisi 2006/07 mövsümün 1/4 finalında “Olimpik” səddini çətinliklə aşıb. Belə ki, səfərdə 0:1 hesabı ilə uduzan “Xəzər-Lənkəran”ın cavab görüşdə qazandığı qələbə mərhələ keçməyə imkan verib – 2:0. Həmin vaxt Ağasəlim Mircavadovun komandası finaladək irəliləyib və sonda “qızıl dubl” edib.

Cari mövsümdən “Olimpik-Şüvəlan” adı altında çıxış edən komanda üçün Azərbaycan kubokunda ən yaxşı göstərici yarımfinala çıxmaqdır. “Bakı” ilə “İnter”in isə turnirdə yeganə görüşü 2004/05 mövsümünün finalında olub. Həmin vaxt Bakının eyni adlı təmsilçisi həmşəhərlilərinə əlavə vaxtda 2:1 hesabı qalib gələrək, kubokun qalibi olub. Göründüyü kimi, “Xəzər-Lənkəran”la “Bakı” rəqiblərini eyni hesabla (2:1) yenib. Fərq ondadır ki, lənkəranlılar rəqibindən fərqli, buna iki oyunda nail olub.
0