Natalya Məmmədova rus “bürünc”ünə doğru
30.04.2010 - 17:23
Natalya Məmmədova rus “bürünc”ünə doğru
Bu gün qadın voleybolçular arasında Rusiya çempionatında üçüncü yer uğrunda ikinci görüş keçirilib. Apasport.az saytının məlumatına görə, bu qarşılaşmada yığmamızın lideri Natalya Məmmədovanın şərəfini qoruduğu Krasnodarın “Dinamo” komandası “Uraloçka”nı 3:0 hesabı ilə məğlub edib.
“Dinamo”nun rəsmi saytı Rusiyanın ən titullu komandasına qalib gəlməkdə, Natalya Məmmədovanın rolunun yüksək qiymətləndirib.

Qeyd edək ki, bürünc medallar uğrunda görüşlər 3 qələbəyə kimi davam edəcək. Bu qələbədən sonra isə komandalar arasında hesab bərabərləşib – 1:1.
0