Məmmədova “Uraloçka”nın qələbəsinə mane oldu
05.05.2010 - 14:20
Məmmədova “Uraloçka”nın qələbəsinə mane oldu
Voleybol üzrə qadınlar arasında Rusiya çempionatında “Dinamo” (Krasnodar) və “Uraloçka” (Yekaterinburq) arasında üçüncü yer uğrunda növbəti görüş keçirilib. Apasport.az saytının məlumatına görə, Krasnodar təmsilçisinin heyətində çıxış edən yığma komandamızın lideri Natalya Məmmədova uğurlu oyunu ilə komandasının qələbə qazanmasında böyük pay sahibi olub. İlk iki oyundan sonra hesab bərabər olsa da, “Dinamo” rəqibinə qalib gələrək, 2:1 hesabı ilə irəlidədir.

Komandalar arasında dördüncü görüş bu gün keçiriləcək.

Qeyd edək ki, qalib üç qələbədən sonra müəyyənləşəcək.
0