Almaniya yığması CAR-a 6 hücumçu ilə gedir
11.05.2010 - 13:46
Almaniya yığması CAR-a 6 hücumçu ilə gedir
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Almaniya yığması CAR-da keçiriləcək dünya çempionatının final mərhələsində 6 hücumçu ilə gedəcək. Apasport.az saytının məlumatına görə, bir neçə gün əvvəl ilkin siyahısını açıqlayan Yoahim Löv ön xətt oyunçularının heç birindən imtina etməyəcəyini bildirib. Mütəxəssis Mario Qomes, Miroslav Kloze, Tomas Müller (hamısı "Bavariya"), Kakau ("Ştutqart"), Ştefan Kisslinq ("Bayer") və Lukas Podolskinin ("Köln") Afrika stadionlarında yığmaya lazım olduğunu düşünür: “Podolski, Müller və Kakau meydanın dərinliyindən hücum etmək bacarığına malikdir. Bundan başqa, onlar cinahlarda da oynamaq bacarığı ilə seçilir. Kloze, Kisslinq və Qomes isə mərkəz hücumçusu kimi mübarizə aparmağa meyllidir”.
0