Almaniya-İngiltərə oyununu idarə edən hakim şoka düşüb - VİDEO
28.06.2010 - 13:23
Almaniya-İngiltərə oyununu idarə edən hakim şoka düşüb - VİDEO
Dünya çempionatının 1/8 finalında Almaniya və İngiltərə yığma komandalarının oyununun baş hakimi Xorxe Larrionda matçın videoyazısına baxdıqdan sonra şoka düşüb. Apasport.az saytının məlumatına görə, uruqvaylı ədalət təmsilçisi Frank Lempardın vurduğu topun qapı xəttini keçdiyini etiraf edib.

Larrionda bildirib ki, sadəcə təmiz qolu nəzərdən qaçırıblar: “Aman Allah! Bu topun qapı xəttini keçdiyini necə də görməmişik”.

Qeyd edək ki, Almaniya və İngiltərə milliləri arasında keçirilən görüşdə hesab 2:1 almanların xeyrinə olarkən ingilislər qol vursalar da, hakimlər kobud səhvə yol verərək topu hesaba almayıblar.
0