“Azərreyl” “İqtisadçı”nın imtina etdiyi voleybolçuya göz dikib - FOTO
06.10.2010 - 09:23
“Azərreyl” “İqtisadçı”nın imtina etdiyi voleybolçuya göz dikib - FOTO
“Çelenc cup”a hazırlığını Türkiyədə davam etdirən “Azərreyl” voleybol klubu daha bir voleybolçu ilə müqavilə bağlamağa hazırlaşır. Apasport.az saytının məlumatına görə, paytaxt komandası son mövsümdə “İstisadçı”nın heyətində Super Liqasının bürünc mükafatını qazanan amerikalı Endji Makqinnisi heyətinə qatmaqda maraqlıdır. 23 yaşlı voleybolçu ilə bugünlərdə 1 illik müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, oktyabrın 10-da “Çelenc cup”da ilk imtahanını verəcək “Azərreyl”in yeni voleybolçusu ABŞ yığmasında oynayır və 2008-ci ildə Panamerika kubokunun ən yaxşısı seçilib.
0