Gəlin, dombalaq aşaq - VİDEO
05.11.2010 - 13:30
Gəlin, dombalaq aşaq - VİDEO
Çexiyanın “Lişen” klubunun futbolçuları məşhurlaşmağın asan yolunu tapıblar. Apasport.az saytının məlumatına görə, ölkə çempionatının 3-cü dəstəsində çıxış edən komanda üzvləri “Jixlava” ilə görüşdə etdiyi hərəkətlərlə bütün dünyada tanınmağı bacarıb.

Hesab 3:0 onların xeyrinə olarkən “Lişen”in müdafiəçilərindən biri topu var qüvvəsi ilə göyə vurub. Top havada olduğu müddətdə isə komandanın bütün oyunçuları meydanda qabağa dombalaq aşıblar. Lakin “tryuk” istənilən kimi alınmayıb. Bir-iki futbolçu dəstədən geri qalıb.
0