Əfsanəvi idmançı sekslə məşğul ola-ola müsahibə verdi - FOTO
25.11.2010 - 15:32
Əfsanəvi idmançı sekslə məşğul ola-ola müsahibə verdi - FOTO
Dünya idmanının əfsanələrindən sayılan Dennis Rodman növbəti hoqqasını çıxarıb. Apasport.az saytının məlumatına görə, 49 yaşlı basketbol veteranı ABŞ radiolarından birinə müsahibə verərkən, qalmaqal yaradıb.

Belə ki, Dennis jurnalistin suallarına cavab verə-verə sekslə məşğul olurmuş. Şou proqram zamanı “Mayami Hit” klubunun uğursuzluqlarını dəyərləndirmək üçün Rodmanla canlı bağlantı yaradan aparıcı seçiminə görə çox təəssüflənib.

Qarşı tərəfdən əcaib səslər eşidən aparıcı Xorxe Sedano sabiq basketbolçunun sekslə məşğul olduğunu dərk edib.

Rodman söhbətin şirin yerində həmkarımıza belə cavab verib: “O, bu inanılmazdır. Bilirsən dostum, mən indi konsentrasiyamı itirmişəm”.
Sedano “sevgiliniz yanınızdadırsa, bizimlə niyə danışırsınız? Siz sekslə avtomobildə məşğul olursunuz?” deməklə, kifayətlənib.

Rodman isə öz evinin yataq otağında və sekslə məşğul olduğunu açıqlayıb.

Qeyd edək ki, vaxtilə “Detroyt Pistons”, “Çikaqo Bullz”, “San Antonio Spörs”, “Los Anceles Leykers” və “Dallas Maveriks” klublarında oynamış Rodman daim qadınlara güclü ehtirası ilə seçilib. Bu yaxınlarda bildirib ki, həyatı ərzində 2 mindən artıq qadınla cinsi əlaqədə olub.
0