“Bütün Azərbaycan bizim komandaya azarkeşlik edir” - MÜSAHİBƏ
26.11.2010 - 00:07
“Bütün Azərbaycan bizim komandaya azarkeşlik edir” - MÜSAHİBƏ
“Rabitə” klubunun və Azərbaycan yığmasının voleybolçusu Natalya Məmmədovanın müsahibəsi

- Çempionlar Liqasında komandanızın debütü necə alındı?
- Çempionlar Liqası üçün çox darıxmışdım (gülür). Bəli, Azərbaycan voleybolsevərləri öz komandalarının Avropanın ən mötəbər turnirinə qayıtmasını gözləyirdi. Hazırda bütün Azərbaycan bizim komandaya azarkeşlik edir. Bu çox şərəfli, eyni zamanda məsuliyyətlidir. Oyuna gəlincə, görüş çox əsəbi şəkildə keçmədi. Nəzarətimiz altında oldu və qələbə qazandıq. Bu “Rabitə”nin tam heyətlə birinci rəsmi görüşü idi. Hələ Azərbaycan Super Liqası da start götürməyib. Buna baxmayaraq, debütə kimi çoxlu yoxlama görüşləri keçirmişdik. İlk dəfə bir yerə Rumıniyaya yollanan zaman yığıldıq. Hazırlıq zamanı voleybolçularımızın bir neçəsi öz ölkələrinin yığmalarında dünya çempionatına yollanmışdılar. Məsələn, amerikalı Kimberli Qlass dünya çempionatından 1 gün öncə bizə qoşuldu. Serbiyalı Nataşa Krsmanoviç, Silviya Popoviç və xorvatiyalı Mirella Deliç mundialdan sonra düşərgəmizə gəldilər. Deməli, bir-birimizə uyğunlaşmaq və daha da gözəl oyun nümayiş etdirmək üçün bir qədər vaxta ehtiyacımız var.

- “Rabitə”nin II hissənin əvvəlində pis oynaması nə ilə bağlıdır?
- Rəqib bizə gücünü göstərmək istəyirdi. Lakin mən bu çətinlikləri ilk növbədə zəif anlaşılmazlıqla əlaqələndirirəm. Bəzən elə olur ki, voleybolçular asan topları kimə çatdırmalı olduğunu müəyyənləşdirə bilmirlər. Belə olan halda, top bizim yanımızda meydana düşürdü. Bu cür səhvlərin aradan götürülməsinə vaxt tələb olunur. Bunlara baxmayaraq, əvəzində “Dinamo-Romprest”lə oyunda “Rabitə” əzmkar komanda oyunu göstərdi. Axı, II setdə ilk texniki fasiləyə 2:8 hesablı məğlub çıxsaq da, sonra bu seti aktivimizə yaza bildik.

- II hissədə baş məşqçinin sizi əvəzləməyi nə ilə bağlı idi? Bəlkə serbiyalı mütəxəssis Dejan Brdjoviç sizdən narazı idi?
- Ehtiyat oyunçularının çox olması yaxşıdır. Onlar oyunun gedişində komandanın gücünü artıra bilərlər (gülür). İrina Jukova və Olqa Ativi əvəzləmədən meydançaya daxil olaraq, ikinci setin gedişini dəyişməyə kömək etdilər. Bundan savayı, məşqçilər hələ ki optimal heyət axtarışındadırlar. Misal üçün, məni Olqa Ativi əvəz etdi, üçüncü hissədə isə mən Sanya Staroviçin yerinə meydan çıxdım. Buna görə hamı yaxşı formada olmalı, oyunu gözəl hiss etməlidir. Biz hələ oyunumuzu gücləndirəcəyik.

- Belə getsə, 3 dəfə Çempionlar Liqasının bombardiri olan Natalya Məmmədova bu dəfə də ən yaxşı adını qazana biləcəkmi?
- Mənim bu cür mükafatlarım kifayət qədər olub. Hazırda isə komandanın titulları bundan vacibdir. Biz bunun üçün mübarizə aparırıq.
0