Dejan Brdjoviç vaxt istədi
02.12.2010 - 14:19
Dejan Brdjoviç vaxt istədi
“Güclü komandamız var. Heyətimizdə səviyyəli və iddialı voleybolçular yer alıblar”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Rabitə” klubunun baş məşqçisi Dejan Brdjoviç deyib.

Bu gün Çempionlar Liqasının qrup mərhələsinin II turunda İtaliyanın “Skavolini” komandası ilə qarşılaşacaq paytaxt klubunun serbiyalı məşqçisi meydana qələbə üçün çıxacaqlarını bildirib: “Düzdür, real bir kluba çevrilmək üçün bir qədər zamana ehtiyacımız var. Buna baxmayaraq, lazımı nəticələr qazanmaq gücündəyik. Uzun bir marafona başlamışıq. Qarşıda bizi Avropa nəhəngləri ilə gərgin matçlar gözləyir. İlk turda Rumıniyada “Dinamo-Romprest”ə qalib gəldikdən sonra düşərgəmizdə gözəl abı-hava var. Bu gün “Skavolini” ilə görüşdə də bu uğuru davam etdirmək istəyirik. İtaliyalılarla oyunda ən yaxşı nəticəyə imza atmağa çalışacağıq”.
0