“Xəzər Lənkəran”ın QOLunu qırdılar - VİDEO
05.04.2011 - 13:12
“Xəzər Lənkəran”ın QOLunu qırdılar - VİDEO
Azərbaycanlı hakimlər ənənələrinə sadiq qalaraq, Premyer Liqanın XXV turunda da diqqət mərkəzinə düşdülər. Apasport.az saytının məlumatına görə, mövsümboyu buraxdıqları səhvlərlə azarkeşləri də stadionlardan qaçıran ədalət təmsilçiləri bu dəfə “Bakı” – “Xəzər Lənkəran” qarşılaşmasında hamını təəccübləndirdilər.

Belə ki, matçı idarə edən gənc hakim Ramil Diniyev qonaqların vurduğu qolu hesaba almadı. Onun nəyə görə belə qərar verdiyini bir özü, bir də Hakimlər Komitəsi bilir. Təmiz hava mübarizəsini düzgün dəyərləndirə bilməyən Diniyev “Xəzər Lənkəran”ın heyətində Emeka Oparanın vurduğu təmiz topu hesaba almadı.

“Xəzər Lənkəran”ın rəsmi saytı da həmin mübahisəli, mübarizə anı ilə bağlı verilən müəmmalı qərarı futbol ictimaiyyətinin öhdəsinə buraxıb. Epizodun video görüntüsünü saytlarına yerləşdirən cənublular hakimin haqlı olub-olmasına qiymət verməyi ictimaiyyətin ixtiyarına buraxıb.
0