5 yeni müqavilə
20.06.2012 - 15:21
5 yeni müqavilə
“Sumqayıt” heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, “Gənclik şəhəri”nin təmsilçisi ötən mövsümündə əvəzedici komandada uğurlu çıxışları ilə məşqçilər korpusunun diqqətini cəlb edən Aydın Qasımov, Arif Vəliyev, Bəxtiyar Həsənəlizadə, Ayaz Mehdiyev və Aqşin Muxtaroğlunu əsas komandaya cəlb edib. Onların hər biri “Sumqayıt”la 2 illik müqavilə imzalayıblar.

Qeyd edək ki, Bəxtiyar Həsənəlizadə müdafiəçi, Aydın Qasımov, Ayaz Mehdiyev, Aqşin Muxtaroğlu yarımmüdafiəçi, Arif Vəliyev isə hücumçudur.
0