Rəhbərliyə etiraz əlaməti olaraq matç təxirə salındı - VİDEO
31.01.2014 - 02:58
Rəhbərliyə etiraz əlaməti olaraq matç təxirə salındı - VİDEO

İspaniya kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində keçirilməsi nəzərdə tutulan “Santander” – “Real Sosyedad” görüşü təxirə salınıb. Apasport.az saytının məlumatına görə, ev sahibi komanda rəhbərliyə etiraz əlaməti olaraq qarşılaşmanın keçirilməsindən imtina ediblər.

 

Maaşlarını almadıqları üçün klubun prezidenti Angel Lavini istefaya səsləyən “ağ-yaşıllar” istədikləri yerinə yetirilmədiyi üçün "Real Sosyedad"la görüşdə oynamamaq qərarı alıblar. Matçın start fitidən sonra meydanın mərkəzində çiyin-çiyinə dayanan ev sahibi komandanın futbolçuları məşqçiləri ilə birgə etirazlarını davam etdiriblər.

 

Qeyd edək ki, bu görüşün nə vaxt baş tutacağı hələlik məlum deyil.

 

 

0