[b]Azərbaycanda ilk dəfə [/b]
04.04.2014 - 12:05
[b]Azərbaycanda ilk dəfə [/b]

Mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr edilən "Shamkir Chess 2014" beynəlxalq turnirin rəsmi saytı yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq. Apasport.az-ın xəbərinə görə, Azərbaycanda ilk dəfə olaraq mötəbər yarışın “A” turnirində keçiriləcək bütün partiyalar rəsmi sayt vasitəsilə canlı yayımlanacaq. Şahmat partiyaları Azərbaycan, rus və ingilis dilində tanınmış qrossmeysterlər və məşqçilər tərəfindən şərh olunacaq.
 

Azərbaycan dilində partiyaları, vaxtilə Vüqar Həşimovun məşqçisi olan Anar Allahverdiyev və yeniyetmələr üzrə millinin çalışdırıcısı, qrossmeyster Fərid Abbasov təqdim edəcək.
 

Turnirdə partiyaları şərh etmək üçün məşhur şahmatçı, Veyk-An-Zee turnirinin ikiqat qalibi, olimpiada və Avropa çempionatının iştirakçısı, FİDE-nin əməkdar məşqçisi Gennadi Sosonkoyla da razılıq əldə olunub. Onunla yanaşı, partiyaların şərhində Vüqar Həşimovun sekundantı və məşqçisi Viorel İordakesku (hər ikisi ingilis dilində), eləcə də dünyanın məşhur şərhçilərindən olan, beynəlxalq qrossmeyster rusiyalı Sergey Şipov (rus dilində) iştirak edəcək.
 

Qeyd edək ki, şüarı "Davamlı gələcəyə doğru" olan “Synergy Group”un təşkil etdiyi mötəbər yarışın açılış mərasimi aprelin 19-da Şəmkirdəki Heydər Əliyev Mərkəzində keçiriləcək.

 

0