AZAL-ın daha bir sabiq futbolçusu Moldova çempionatına üz tutdu
16.04.2014 - 18:28
AZAL-ın daha bir sabiq futbolçusu Moldova çempionatına üz tutdu
AZAL-ın sabiq dayaq yarımmüdafiəçisi Vladimir Boqdanoviç 2 aydan çox klubsuz qaldıqdan sonra özünə komanda tapa bilib. Apasport.az “Veris” klubunun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı futbolçu Moldova çempionatının debütantı olan bu komanda ilə müqavilə bağlayıb.

O artıq Kişinyov təmsilçisində debüt də edib. Belə ki, serbiyalı futbolçu “Şerif”lə kubok matçında 90 dəqiqə meydanda olub. Xatırladaq ki, Boqdanoviç ötən mövsüm AZAL-da 14, cari birincilikdə isə 12 oyun keçirib. Qış fasiləsində isə Vaqif Sadıqov tərəfindən komandadan göndərilmişdi.

Qeyd edək ki, Moldova çempionatında AZAL-ın digər sabiq futbolçusu George Boqyu da çıxış edir.
 
0