[b]Türkiyə Kuboku: “Qalatasaray” finalda[/b]
16.04.2014 - 22:52
[b]Türkiyə Kuboku: “Qalatasaray” finalda[/b]

 

Türkiyə kubokunun yarımfinal mərhələsinin cavab görüşlərinə start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə “Qalatasaray” “Bursaspor”un qonağı olub.

 

Bursa Atatürk stadionunda oynanılan qarşılaşmanı İlker Meral idarə edib. Xatırladaq ki, bu komandalar arasında ilk oyun 2:2 hesablı bərabərliklə başa çatıb. “Bursaspor”u bu oyunda qolsuz və ya 1:1 hesablı bərabərlik də qane edirdi. Çempionatda uğursuzluq zolağına düşən “Qalatasaray” isə ancaq qələbə qazanmalıydı.

 

"Qalatasaray" qarşısına qoyulan vəzifənin öhdəsindən gələ bilib. Əvvəlcə qapısında 2 qol görən "aslan", sonrakı dəqiqələrdə "Bursaspor"un qapısından 5 top keçirərək, finala vəsiqə qazanıb. 

 

Qeyd edək ki. aprelin 17-də keçiriləcək digər cavab görüşündə "Antalyaspor" "Əskişəhərspor"u qəbul edəcək. 

 

 

Türkiyə Kuboku

“Bursaspor” – “Qalatasaray” - 2:5

Qollar: Fernando, 28; 33 - Sneyder, 45; Selcuk İnan, 50; Burak Yılmaz, 53; 68; Felipe Melo, 71

Qırmızı vərəqə: Burak Yılmaz, 84

İlk oyun: 2:2

 

 

0