Səlcuk İnan “Fənərbaxça”ya keçməyəcək
16.04.2014 - 22:20
Səlcuk İnan “Fənərbaxça”ya keçməyəcək

“Qalatasaray”ın futbolçusu Səlcuk İnanın “Fənərbaxça”ya keçəcəyi ilə bağlı iddialara aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçinin meneceri Batur Altıparmak xəbəri təkzib edib.

 

Altıparmak bunun mümkün olmadığını bəyan edib: “Bu necə ola bilər? Səlcukun “Qalatasaray”la daha 2 illik müqaviləsi var. Müqaviləsi olan futbolçu başqa bir klubla necə danışıqlar apara bilər?”

 

İspaniyanın “Valensiya” klubunun Səlcuka görə 7 milyon avro təklif etməsi barədə sualı cavablandıran menecer yenə də 2 illik müqaviləni xatırladıb: “Gələn həftə “Qalatasaray” rəhbərliyi ilə danışıqlar aparacağıq. Böyük ehtimalla müqaviləni daha 3 il müddətinə uzadacağıq. Səlcuk da bunu istəyir”.

 

 

0