Ernest Nfor xanımına görə rəhbərliyə jest etdi
17.04.2014 - 09:49
Ernest Nfor xanımına görə rəhbərliyə jest etdi

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk matçında “Rəvan”ı qəbul edən “Neftçi” 52-ci dəqiqədə hesabı açsa da, bu üstünlüyü axıra qədər qoruya bilmədi. Final fitinə saniyələr qalmış qapısında qol görən “ağ-qaralar”ın düşərgəsində yaşanan üzüntünü anlamaq çətin deyildi.
 

Üstəlik, oyun başa çatınca Ernest Nfor xanımının qarşılaşmanı VİP-də deyil, başqa sektorda - kişilərin əhatəsində izlədiyini öyrənib. Apasport.az saytının xəbərinə görə, bununla razılaşmayan kamerunlu legioner klub rəhbərliyindən xanımına qarşı edilən hörmətsizliyin səbəbini soruşub. Amma ona konkret cavab verən tapılmayıb. Bundan əsəbiləşən Nfor klub rəsmilərinə jest edərək, stadionu komandanın avtobusunda deyil, xanımı ilə birgə tərk edib.

0