“Bavariya”dan 250 oyunluq bilet rekordu
19.04.2014 - 05:29
“Bavariya”dan 250 oyunluq bilet rekordu

 

 

Almaniyanın “Bavariya” klubu rekord qırmaqda davam edir. Apasport.az saytının məlumatına görə, münhenlilər bu dəfə bilet rekordu qırıblar.

 

“Bavariya”nın aprelin 19-da “Braunşveyq”ə qarşı keçirəcəyi səfər oyununun biletləri matça bir neçə gün qalmış qurtarıb. Beləliklə, “Bavariya” son 250 oyununun biletləri öncədən satılıb qurtaran ilk komanda kimi dünya rekordu vurub.

 

Çempionatda cəmi 25 xal toplayaraq ikinci liqaya düşəcəyi qətiləşən “Braunşveyq”lə 78 xal toplayaraq Bundesliqanın bitməsinə 7 həftə qalmış çempion olan “Bavariya”nın oyunu aprelin 19-da saat 18:30-da başlayacaq.

 

 

0