“Avroliqaya vəsiqə qazanmağa şansımız var”
20.04.2014 - 19:25
“Avroliqaya vəsiqə qazanmağa şansımız var”

“Bu gün qələbə bizə çox lazım idi”. Apasport.az saytının məlumatına görə, bunu “Simurq” klubunun baş məşqçisi Georgi Çixradze “Qarabağ” üzərində qələbəni şərh edərkən bildirib: “Çünki, psixoloji durumumuzu düzəltməliydik. Çox üstün oyun nümayiş etdirdiyimizi demək olmaz. Buna baxmayaraq, oyunu müdafiədən qurub, rəqibi əks-hüçumlarda yaxalamaq istəyirdik. Standart vəziyyətdən sonra qolu vurduq. Qələbəyə görə uşaqları təbrik edirəm. Praktiki cəhətdən çətin olsa da, nəzəri cəhətdən Avroliqaya vəsiqə qazanmağa şansımız var. Bütün oyunlarda qələbə qazanmağa çalışacağıq”.

 

 

0