[b]“Qarabağ”ın potensial rəqibləri[/b]
21.04.2014 - 15:13
[b]“Qarabağ”ın potensial rəqibləri[/b]

Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq 30 komandadan 12-nin püşkatma zamanı yer alacağı səbət müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionunun da mübarizəyə başlayacağı raunddan start xəttinə çıxacaq klublardan 8-i səpələnmiş, 4-ü səpələnməmişlər sırasında yer alıb.

 

I təsnifat mərhələsinin 4 qalibindən birinin də səpələnməmiş olacağı artıq dəqiqdir. Digər 3 qalib və Azərbaycan klubu kimi, II mərhələdən başlayacaq daha 18 çempionu isə durumu qeyri-müəyyəndir.

 

Topaz Premyer Liqasının lideri “Qarabağ” mövqeyini qorusa, səpələnmişlər arasında olacaq. Bu isə o deməkdir ki, çempionumuzun potensial rəqiblərindən dördünün təmsil etdiyi ölkə, birinin isə adı bəllidir.

 

Çempionlar Liqası

II təsnifat mərhələsi
 

Səpələnmişlər: “Zalsburq” (Avstriya), “Seltik” (Şotlandiya), BATE (Belarus), “Aktobe” (Qazaxıstan), “Ventspils” (Latviya), Çexiya, Serbiya, Xorvatiya çempionları
Səpələnməmişlər: “Jalgiriq” (Litva), Malta, Monteneqro, Makedoniya çempionu
 

Qeyri-müəyyənlər: HİK (Finlandiya), “Malmö” (İsveç), “Reykyavik” (İslandiya), “Stromsqodset” (Farer adaları), “Sent Patriks” (İrlandiya), Rumıniya, İslandiya, Azərbaycan, Bolqarıstan, Bosniya və Herseqovina, Polşa, Slovakiya, Macarıstan, Lüksemburq, Sloveniya, Moldova, Gürcüstan, Albaniya çempionları

 

0