“Real” ilk oyunda qalib gəldi
24.04.2014 - 00:36
“Real” ilk oyunda qalib gəldi

Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, günün yeganə qarşılaşması İspaniya paytaxtı Madriddə baş tutub.

 

Turnirin ən titullu klubu “Real” öz meydanında Almaniya “Bavariya”sını qəbul edib. Ötən mövsümün qalibi olan Münhen təmsilçisi bu dəfəki duelə "Real"la köhnə hesabları olan Xosep Qvardiola ilə çıxıb. “Barselona”nın baş məşqçisi kimi madridlilərlə dəfələrlə “El Klassiko”ya çıxan mütəxəssis ilk dəfə başqa klubun çalışdırıcısı kimi bu həyəcanı yaşayıb.

 

Oyun "Bavariya"nın ərazi üstünlüyü şəraitində keçib. Amma oyunda ilk və yeganə qolu əks-hücumdan yararlanan "Real" vurub. Kərim Benzemanın 19-cü dəqiqədə vurduğu qol Münhendə keçiriləcək cavab görüşü ərəfəsində madridlilərə qələbə qazandırıb.

 

Çempionlar Liqası

Yarımfinal, ilk oyun

23 aprel

“Real” (İspaniya) – “Bavariya” (Almaniya) - 1:0

Qol: Benzema, 19

Baş hakim: Hovard Uebb (İngiltərə)

Madrid. “Santyaqo Bernabeu” stadionu

0