Paytaxt derbisi canlı yayımda
23.04.2014 - 15:10
Paytaxt derbisi canlı yayımda

Azərbaycan kubokunun 1/2 final mərhələsinin cavab oyunlarından yalnız biri yayımlanacaq. Apasport.az saytının məlumatına görə, sabah keçiriləcək "Rəvan" və "Nefti" arasında paytaxt derbisi televiziya vasitəsi ilə tamaşaçılara nümayiş olunacaq.

Saat 17:00-da başlayacaq qarşılaşmanı azarkeşlərə "İdman Azərbaycan" kanalı təqdim edəcək. “Xəzər Lənkəran” – “Qəbələ” görüşü isə isə yayımlanmayacaq.
 

0