UEFA kubokunun rekordçuları arasında 2 azərbaycanlı
23.04.2014 - 15:57
UEFA kubokunun rekordçuları arasında 2 azərbaycanlı

Futzal üzrə UEFA kubokunun Bakıda keçiriləcək “Dördlər finalı” ərəfəsində turnirlə bağlı xüsusi proqram dərc olunub. Apasport.az saytının məlumatına görə, Azərbaycan və ingilis dillərində olan buraxılışda iştirakçılar haqda məlumat, müsahibələr, maraqlı faktlar əksini tapıb.

 

Proqramda 2001/02 mövsümündən start götürən yarışın tarixi ərzində ən çox oyun keçirənlər və ən məhsuldar futzalçıların da siyahısı dərc edilib. Hər iki siyahıda Azərbaycan da təmsil olunub.

 

Naxçıvan “Araz”ı ilə yenidən “Dördlər finalı”na qatılacaq Vitali Borisov hər iki siyahıya düşüb. AMMK, “Turan AİR” və “Araz”da üst-üstə 37 qol vuran oyunçumuz Avropanın 9-cusudur. Bu siyahıya Belçikanın “Şarlerua” və “Şatelino” klublarında oynamış Andre Vanderle başçılıq edir – 54 qol.

 

İndiyədək 44 avrokubok matçına çıxan Vitali bu göstəricidə AUEFA kubokunun 7-cisidir. AMMK, “Araz” və İngiltərənin “Baku Yunayted” klubunda oynamış Rizvan Fərzəliyev isə daha çox matça çıxıb. 47 matça çıxan həmyerlimiz 4-5-ci yerlərdə qərarlaşıb. Belçikanın “Şarlerua” və “Şatelino” klublarında, həmçinin Gürcüstan “İberiya”sında çıxış etmiş Lusio isə turnirin rekordçusudur – 63 oyun.

0