Aysal Mançinidən əl çəkmir
24.04.2014 - 05:21
Aysal Mançinidən əl çəkmir

“Qalatasaray” futbol klubunun başqanı Ünal Aysal Roberti Mançinini komandaya gətirməkdə səhv etdiyini etiraf etmək istəmir. Apasport.az saytının məlumatına görə, klubun bütün uğursuzluqlarına və tənqidlərə baxmayaraq, Aysal italiyalı mütəxəssisi dəstəkləməkdə davam edir.

 

“Qalatasaray” başqanı dünən komandanın məşq prosesinə qatılaraq, Mançini və futbolçularla görüşüb. Aysal baş məşqçiyə ona və futbolçulara güvəndiklərini bildirib: “Mən və İdarə Heyəti uğur qazanmanız üçün istənilən dəstəyi verməyə hazırıq”. İtaliyalı mütəxəssis isə hədəflərinin Türkiyə kubokunu qazanmaq və çempionatı ikinci yerdə başa vurmaq olduğunu vurğulayıb: “Çempionlar Liqası üçün bunu etməyə məcburuq. Hər iki hədəfimizə də çatacağıq”.

 

0