Del Pyero baş məşqçi ola bilər
25.04.2014 - 03:49
Del Pyero baş məşqçi ola bilər

İtaliya futbolunun əfsanələrindən biri sayılan Alessandro Del Pyero məşqçilik karyerasına başlaya bilər. Apasport.az saytının məlumatına görə, hücumçunun hazırda çıxış etdiyi Avstraliyanın “Sidney” klubu onu buraxmaq istəmir.

 

Avstraliya klubunun rəhbərliyi baş məşqçi Frank Farinanı istefaya göndərib. Buna “Sidney”in pley-offun birinci mərhələsindəcə uğursuzluqla üzləşməsidir. Farina son 9 ildə komandanın 7-ci baş məşqçisi olub.

 

İndi isə “Sidney” rəhbərliyi Alessandro Del Pyeroya baş məşqçilik təklif etmək istəyir. 40 yaşlı futbolçu hələlik gələcək karyerası ilə bağlı qəti qərar qəbul etməyib. “Sidney” isə onu buraxmaq istəmir. Çünki italiyalı futbolçunun Avstraliyaya köçməsindən sonra ölkədə futbola maraq xeyli artıb. “Sidney” isə Del Pyeronun populyarlığından istifadə edərək dəfələrlə çox bilet satıb.

 

Azarkeşlər Del Pyeronun baş məşqçi olacağı xəbərini böyük coşqu ilə qarşılayıblar. Amma futbolçunun “Yuventus”dakı keçmiş yoldaşı Edqar Davids onu tələsməməyə çağırıb: “Aleni çoxdan tanıyıram. O, hər şeyi özü müəyyən etməlidir. Mənə elə gəlir ki, Del Pyero məşqçi kimi komandaya böyük xeyir verə bilər. Amma təcrübə toplamalıdır. Bu gün oynamaq, sabah isə məşqçilik etmək olmaz”.

 

 

0