"B" turnirinin qalibi Pavel Elyanov: Bu yarışda iştirakı özümə borc bilirdim
29.04.2014 - 19:13
"B" turnirinin qalibi Pavel Elyanov: Bu yarışda iştirakı özümə borc bilirdim

 

“Synergy Group” tərəfindən təşkil edilən “Shamkir Chess 2014”də "B" turnirinin qalibi Pavel Elyanov təəssüratlarını jurnalistlərlə bölüşüb. Apasport.az saytının məlumatına görə, şahmatçı ilk olaraq təşkilatçılara təşəkkür edib: “Bu yarışda iştirakı özümə borc bilirdim. Çünki Vüqar Həşimov mənim dostum, güclü həmkarım idi. Onun xatirə turnirində iştirak etməməyi özümə bağışlamazdım. Çox maraqlı mübarizə izlədik. Sevinirəm ki, qalib gəldim. Azərbaycan şahmatçılarıyla mübarizə çox maraqlı oldu. Ümumiyyətlə, "B" turnirində asan oyun olmayıb. Fikrimcə bu yarışın təşkili biz şahmatçılara da böyük kömək oldu. Həm güclü turnirdə iştirak etdik, həm də Şəmkirlə tanış olduq. Oyunumdan razıyam. Əgər 1-ci yeri tutmuşamsa, başqa fikir söyləyə bilmərəm. Şahmatçıların qidalanması barədə danışmaq istərdim. Hər axşam bizə dadlı yemək təqdim olunub. Təsəvvür edin, buna görə oteldə fitnesə getməyə məcbur oldum. Hiss edirdim ki, artıq kalorilərim var".

 

 

0