Marselo Cüneyt Çakırı ittiham etdi
18.06.2014 - 16:37
Marselo Cüneyt Çakırı ittiham etdi

DÇ-2014-ün A qrupunun ikinci turunda Meksika ilə heç-heçə (0:0) edən Braziliya millisinin futbolçusu Marselo xal itirmələrində ədalət təmsilçilərini ittiham edib. Apasport.az saytının məlumatına görə, müdafiəçisi Marselo türkiyəli baş hakim Cüneyt Çakırın düzgün qərarlar qəbul etməməsindən şikayətlənib.

O bildirib ki, meksikalı Raul Ximenes onu cərimə meydançasında yıxsa da, referi bunu görməyib: “Cərimə meydançasında topa mən nəzarət edirdim. Amma Ximenez mənim köynəyimdən tutub çəkdi. Hakim isə bunu görmədi. Onsuz da top məndə idi. Əgər rəqib futbolçu məni çəkməsəydi irəliləyib, zərbə vura bilərdim və ya yaxşı ötürmə edərdim. Yüz faiz penalti var idi. Cüneyt Çakır isə başqa qərar qəbul etdi”.

0