“Bu, İspaniya millisi üçün bir faciədir”
19.06.2014 - 11:31
“Bu, İspaniya millisi üçün bir faciədir”

“Xalqımızdan üzr istəyirəm. Onlar bilirlər ki, biz əlimizdən gələn hər şeyi etdik, amma alınmadı”. Apasport.az saytının məlumatına görə, bunu İspaniya millisinin qapıçısı İker Kasilyas deyib.

Təcrübəli qolkiper DÇ-2014-ün B qrupunun ikinci turu çərçivəsində keçirilən Çili ilə oyundan danışıb. Son dünya çempionu 0:2 hesabı ilə uduzaraq, qrupda qalmalarını faciə adlandırıb: “Çox üzgünük. Bu, İspaniya millisi üçün bir faciə idi və bunu qəbul etmək məcburiyyətindəyik. Milli komandada son oyunum olduğunu isə deyə bilmərəm”.

Qeyd edək ki, ispanlar ilk turda Hollandiya yığmasına məğlub olmuşdular.

0