Messi Argentina yığmasını 1/8 finala çıxardı
21.06.2014 - 22:00
Messi Argentina yığmasını 1/8 finala çıxardı

Braziliyada keçirilən futbol üzrə dünya çempionatında E və F qrupunda II turun oyunları start götürüb. Apasport.az saytının məlumatına görə, öncə 2 Avropa yığması üz-üzə gəlib.

 

İlk turda qalib gələn iki tərəf İsveçrə ilə Fransanın qarşıdurmasından kimin 1/8 finala çıxacağını müəyyənləşdirib. Fransa 5:2 hesabı ilə gözəl qələbə qazanaraq, 1/8 finala yüksəlib. Tərəflər buna qədər 36 dəfə üz-üzə gəlib. 12 dəfə İsveçrə, 15 dəfə Fransa qalib olub. 9 görüşdə isə heç-heçə qeydə alınıb. Təp fərqində Fransa üstündür – 62:58.

 

E qrupunun ikinci görüşündə isə Honduras mundiala erkən vida deyib. Honduras Ekvadorla görüşdə də məğlub olaraq, növbəti mərhələyə çıxmaq şansını itirib. Bu görüş 2:1 hesabı ilə ekvadorluların xeyrinə başa çatıb.

 

Qrupun favoriti sayılan Argentina İranı sınağa çəkib. Birinci oyunda Bosniya və Herseqovinanı məğlubiyyətə uğradan Lionel Messinin komanda yoldaşları üçün cənub qonşularımızla mübarizədə qələbə qazanmağın asan olmayacağı bəlli idi. Çünki ilk turda İran Afrikanın güclü yığmalarından Nigeriya ilə qolsuz bərabərə qalmışdı. Amma məhz Messinin son dəqiqələrdə vurduğu qol Argentinaya mühüm qələbə qazandırmaqla yanaşı, komandasını 1/8 finala çıxarıb.

 

    21 iyun

E qrupu

İsveçrə - Fransa - 2:5

Qollar: Djemaili, 81; Xhaka, 87 - Jiru, 17; Matudi, 18; Valbuena, 40; Benzema, 67; Sissoko, 73

Hakim: Byörn Kuypers (Hollandiya)

Salvador. “Arena Fonte-Nova”

İsveçrə: Benaglio, Lichtşteyner, Bergen, İnler, Seferoviç, Xnaka, Bezrami, Rodriqes, Mehmedi, Jouru, Şhagiri

Fransa: Lloris, Debuçi, Evra, Varan, Şako, Kabaye, Valbuena, Jiru, Benzema, Matuidi, Sissoko

 

Honduras – Ekvador - 1:2

Qollar: Kostli, 31 - E.Valensiya, 34; 65

Hakim: Bencamin Uilyams (Avstraliya)

Kuritiba. “Arena Bayşada”

Honduras: Valladares, Fiquero, Bernardes, Emilio, Benqston, Kostli, Boniek, Espinoza, Qarridi, Klaros, Beckeles

Ekvador: Dominqos, Guagua, Erazo, Paredes, Noboa, Montero, Ayovi, Caicedo, E. Valensiya, Minda, A. Valensiya

 

Fransa

2

2

0

0

8-2

6

Ekvador

2

1

0

1

3-3

3

İsveçrə

2

1

0

1

4-6

3

Honduras

2

0

0

2

1-5

0

 

 

F qrupu

 Argentina – İran - 1:0
Qol: Messi,  90+1

Hakim: Milorad Majiç (Serbiya)

Belo Horizonte. “Mineyran” stadionu

Argentina

2

2

0

0

3-1

6

İran

2

0

1

1

0-1

1

Nigeriya

1

0

1

0

0-0

1

Bosniya və H

1

0

0

1

1-2

0

0