Bundestim: 7 qol, 7 məqam
09.07.2014 - 09:43
Bundestim:  7 qol, 7 məqam

 

Futbol üzrə dünya çempionatının ilk yarımfinal oyununda Braziliyanı darmadağın (7:1) edən Almaniya yığması mundiallar tarixində bir çox rekordları yenilədi. Apasport.az saytının xəbərinə görə, həmin rekordlardan ən diqqətçəkəni braziliyalıların tarixi ərzində ən böyük hesabla məğlubiyyət alması oldu. Bundan başqa, daha bir neçə rekord da müəyyənləşdi:


* 1:7 hesablı məğlubiyyət Braziliyanın mundiallar tarixində ən böyük yenilgisi oldu. Buna qədər isə onlar yalnız 1920-ci ildə Uruqvaya uduzub - 0:6.

* Braziliya almanlara məğlub olmaqla, öz meydanındakı 12 illik məğlubedilməzlik seriyasına son qoydu. “Sambaçılar” 2002-ci ildə Yaponiya və Cənubi Koreyada keçirilən dünya çempionatında Paraqvayla görüşdən bu yana 42 matçdır yenilginin nə olduğunu bilmirdilər.

* 5 qat dünya çempionlarının daha bir uğurlu seriyası qırılıb. Onların 19 matç ard-arda məğlubiyyətsizlik seriyası başa çatıb. Braziliya son dəfə 2013-cü ildə İsveçrəyə  yoldaşlıq görüşündə uduzmuşdu.

* Almaniya ilə oyunda ilk hissədə 5 qol buraxan Braziliya yığması Haiti ilə eyni aqibəti yaşayıb. Belə ki, mundiallar tarixində sonuncu dəfə birinci yarıda 5 qolu Haiti millisi buraxmışdı. Onlar 1974-cü ildə Polşa ilə oynadığı qarşılaşmada bu aqibəti yaşayıb. Maraqlıdır ki, həmin oyunda da avropalılar amerikalıların qapısına 7 qol vurmuşdu.

* Miroslav Klose mundiallar tarixində ən çox qol vuran futbolçu (16 qol) olmaqla yanaşı, həm də 4 dəfə ardıcıl DÇ-də iştirak edən oyunçu oldu. O, Braziliyaya qarşı oyunda 23-cü dəfə milli forması ilə dünya çempionatında meydana çıxdı.


* Braziliya üzərində 7:1 hesablı qələbə qazanan Almaniya millisi dünya çempionatlarında ən çox finala çıxan komanda oldu. İndiyə qədər bu rekorda elə bu iki milli komanda sahib idi. Həm “sambaçılar”, həm də Bundestim 7 dəfə final oynamışdı. Artıq 8-ci dəfə finala çıxan komanda oldu. Bununla, almanlar bu rekordun tək sahibi oldular.


* DÇ-2014-ün yarımfinalında Almaniyaya 7:1 hesabı ilə uduzan Braziliya tarixində ilk dəfə bir oyunda 7 qol buraxıb.

 

 

0