Mövsümün ilk ev sınağı
21.07.2014 - 14:30
Mövsümün ilk ev sınağı

Sabah Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, yarışda  Azərbaycanı təmsil edən “Qarabağ” növbəti sınağına çıxacaq.

 

Ağdam klubu Malta çempionu “Valletta”nı sınağa çəkəcək. Səfərdə rəqibini 1:0 hesabı ilə məğlub edən Qurban Qurbanovun yetirmələri  yeni mövsümdə ilk ev matçına çıxacaq.

 

Minimal üstünlüyünü qorumaq, hətta artırmaq iddiasında olan “Qarabağ” Avropada daha 4 oyun keçirmək üçün maltalıları adlamalıdır. Çünki “Valletta”nı mübarizədən kənarlaşdırdıqdan sonra təmsilçimiz IV təsnifat mərhələsinə, yəni pley-offa vəsiqəni təmin etmiş olacaq.

 

Çünki III təsnifat mərhələsində qələbə “Qarabağ”ı Çempionlar Liqasının, məğlubiyyət Avropa Liqasının növbəti mərhələsinə daşıyacaq. Orada ağdamlıları Avstriya çempionu “Zalsburq” gözləyir. Lakin bunadək ağdamlılar maltalıları keçməlidir.

 

Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunu

22 iyul

21:30. “Qarabağ” (Azərbaycan) – “Valletta” (Malta)

Baş hakim: Sergey Sinkeviç

Baş hakimin köməkçiləri: Yevgeni Romanov, Vitali Maliutsin

Dördüncü hakim: Denis Şerbakov (hamısı Belarus)

UEFA nümayəndəsi: Adrian İxari (Makedoniya)

Hakim-inspektor: Levan Paniashvili (Gürcüstan)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

0