[b]“Manisaspor”un baş məşqçisi: Subaşiç xarakterinə inandığım futbolçudur[/b]
22.07.2014 - 12:10
[b]“Manisaspor”un baş məşqçisi: Subaşiç xarakterinə inandığım futbolçudur[/b]

“Aramıza qatılan yeni transferlərimizin komandaya uyğunlaşması yaxşı gedir. Komanda olma yolunda hər gün vacib addımlar atırıq. Təcrübəli futbolçularımızın komandaya və gənc oyunçulara sahib durması gələcək üçün gözəldir”. Apasport.az saytının məlumatına görə, bunu “Manisaspor”un baş məşqçisi Tahir Karapınar deyib.

 

Türkiyənin I dəstə klubu olan “Manisaspor” dünən 4 futbolçu ilə rəsmi müqavilə bağlayıb. Manisa təmsilçisinin məskunlaşdığı “Kartepe Green Park Hotel”də “Altay”dan Mətin Yüksəllə 3, “Dənizlispor”dan Süleyman Çəlikyurt, “Orduspor”dan Branimir Subaşiç və “Adana Dəmirspor”dan Erdi Önərlə 2 illik müqavilə imzalanıb.

 

Tahir Karapınar isə bu transferlərdən millimizin sabiq hücumçusu Branimir Subaşiç haqqında da danışıb: “Transferlərimizdə ilk olaraq tanıdığımız, bildiyimiz, xarakterinə və istedadına güvəndiyimiz oyunçuları alırıq. Daha əvvəl işlədiyim və bilavasitə izlədiyim futbolçuları heyətə daxil etməyə çalışırıq. Heyətimizə daxil olan Subaşiç milli komanda təcrübəsi olan, ötən mövsüm bu çempionatda oynamış, xarakterinə inandığım bir futbolçudur. Bir neçə dənə də daha bu tərzdə oyunçu almaq istəyirik”.

 

Qeyd edək ki, Branimir Subaşiç hələ 1 illik müqaviləsi olsa da, “Orduspor”dan 100 min dollarlıq pulunu ala bilmədiyi üçün bu klubu məhkəməyə verib.

 

 

0