“Valensiya”nın müdafiəçisi “Barselona”ya keçdi
23.07.2014 - 22:45
“Valensiya”nın müdafiəçisi “Barselona”ya keçdi

 

İspaniyanın “Valensiya” klubunun müdafiəçisi Jeremi Matye karyerasını “Barselona”da davam etdirəcək. Apasport.az saytının məlumatına görə, bu barədə Kataloniya klubunun rəsmi saytında bildirilir.

 

Futbolçu klubla 4+1 sxemi üzrə müqavilə imzalayıb. 30 yaşlı fransızın transferi “Barsa”ya 20 milyon avroya başa gəlib. Bundan sonra onu “Barselona”dan almaq istəyən klub 50 milyon avro ödəməlidir.

 

Matye “yarasaların” şərəfini 2009-cu ildən qoruyur. Buna qədər isə “Soşo” və “Tuluza”da oynayıb. Müdafiəçi Fransa millisinin heyətində də 3 oyuna çıxıb.

 

0