Azərbaycanlı hakim “cırtdanlar”ı cəzalandırdı
25.07.2014 - 12:49
Azərbaycanlı hakim “cırtdanlar”ı cəzalandırdı

Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunlarından birini azərbaycanlı hakimlər idarə edib. Apasport.az saytının məlumatına görə, FİFA referisi Anar Salmanovun idarə etdiyi briqada Lixtenşteyndə baş tutan “Vaduts” – “Rux” qarşılaşmasında fit çalıb.

 

Qolsuz bitən qarşılaşmadan sonra Polşa təmsilçisi mərhələ adlayıb. Həmyerlimiz bu görüşdə 7 futbolçunu cəzalandırıb. Qonaqlara 4 sarı vərəqə verən Salmanov “cırtdan”lardan ikisinə xəbərdarlıq edib, birini isə meydandan qovub. Sonuncu ikinci sarı vərəqə üzündən komandasını 15 dəqiqə azlıqda qoyub.

 

Qeyd edək ki, bu oyunda Salmanova Mübariz Haşımov, Vaqif Musayev və Rəhim Həsənov kömək edib.

 

0