“Liverpul” müdafiəçisini “Barselona”ya təklif etdi
27.07.2014 - 20:01
“Liverpul” müdafiəçisini “Barselona”ya təklif etdi

 

“Liverpul” klubu müdafiəçisi Daniel Aqqerlə vidalaşmağa hazırdır. Apasport.az saytının məlumatına görə, ingilis klubu onu “Barselona”ya təklif edib.

 

Kataloniya klubu bir müddət öncə “Valensiya”dan Jeremi Matyeni transfer etsə də, daha bir müdafiəçi axtarır. Liverpullular Aqqerin əvəzinə 15 milyon avro istəyirlər.

 

“Barselona” rəhbərliyi tələsməməyə üstünlük verib və düşünmək üçün vaxt götürüb. Mənbənin sözlərinə görə, kataloniyalıları futbolçunun yüksək məvacibi və tez-tez zədələnməsi düşündürür.

 

 

0