Van Persi ilə şəkil çəkdirdi, işdən qovuldu
29.07.2014 - 02:15
Van Persi ilə şəkil çəkdirdi, işdən qovuldu

Barbadosdakı restoranın ofisiantı Kayson Ford rəhbərlik tərəfindən ən azı 2 həftə müddətinə işdən zad edilib. Apasport.az saytının məlumatına görə, buna Fordun məşhur futbolçu Robin van Persidən onunla şəkil çəkdirməyi xahiş etməsi səbəb olub.

 

“Mançester Yunayted”in böyük pərəstişkarı olan Ford VİP zalda van Persini görüb və ondan foto ilə bağlı xahiş edib. Hollandiyalı futbolçu məmnuniyyətlə bu xahişi yerinə yetirib. Amma restoran rəhbərliyi ofisiantın iş yerində və nahar zalında mobil telefondan istifadə etməsini qaydaların pozulması kimi dəyərləndirib. Fordun van Persi ilə şəklini çəkən digər ofisiant da cəzalandırılıb.

 

Qeyd edək ki, van Persi həyat yoldaşı və uşaqları ilə bir həftə Barbadosda dincəlib.

 

 

0