Ruslan Abışov: Zamana ehtiyacımız var
30.07.2014 - 08:44
Ruslan Abışov: Zamana ehtiyacımız var

"Avropa Liqasındakı məğlubiyyətdən sonra komandada psixoloji vəziyyət o qədər də yaxşı deyildi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin futbolçusu Ruslan Abışov deyib.

 

Bu yay Rusiya “Rubin”indən icarəyə götürülən müdafiəçi yeni komandasının Hollandiya toplanışı haqda fikirlərini açıqlayıb. Klubun rəsmi saytına danışan Abışov komandasına bir az da vaxt lazım olduğunu bildirib: “Amma Hollandiyada baş tutan təlim-məşq toplanışı komandanın toparlanması, özünə gəlməsi baxımından önəmli rol oynadı. Məşqlərimiz çox yararlı keçdi, güclü komandalarla qarşılaşdıq. Hal-hazırda komanda yaxşı vəziyyətdədir. Əhval-ruhiyyəmiz də düzəlib. Premyer Liqanın ilk oyununda - "İnter"lə matçda yaxşı nəticə göstərib çempionata uğurlu start vermək istəyirik. Bununla da bu uzun marafona hazır olduğumuzu göstərmək niyyətindəyik. Düzdür, komanda yeni formalaşıb, heyətdə yeni futbolçular çoxdur. Bu baxımdan komandanın tam formaya düşməsi, komplektləşməsi üçün bir az zamana ehtiyacımız var. İnanıram ki, çempionatın bir neçə turundan sonra hamının gözlədiyi "Qəbələ"ni görəcəyik".

0