Yığmamızın rəqibi heyətini açıqladı
31.07.2014 - 13:40
Yığmamızın rəqibi heyətini açıqladı

Qadın voleybolçular arasında Yaponiya yığmasının dünya Qran-prisi üçün heyəti məlum olub. Apasport.az saytının məlumatına görə, sentyabrda start götürəcək dünya çempionatında Azərbaycan millisinin əsas rəqibi olan asiyalılar Ankara mərhələsində güvənəcəyi “14-lüyü” müəyyənləşdiriblər.

 

Baş məşqçi Masoyaşi Manabe çox güman ki, mundialda da aşağıdakı oyunçulara güvənəcək.

 

Toppaylayıcılar: Hitomi Nakamiçi, Haruka Miyaşita

Blokçular: Mai Yamaquçi, Kana Ono, Miyu Naqaoka

Hücumçular: Yukiko Ebata, Risa Şinnabe, Saori Kimura, Arisa Takada, Yuki İşii, Mizuho İşida, Mami Uçiseto

Liberolar: Yuko Sano, Sayaka Tsutsui

 

Qeyd edək ki, yaponlar Ankara mərhələsində ev sahibləri, Rusiya və ABŞ-la oynayacaqlar.

 

0