Maradona 39 milyon avroluq prosesi uddu
01.08.2014 - 03:15
Maradona 39 milyon avroluq prosesi uddu

Əfsanəvi futbolçu Dieqo Maradona İtaliyanın “Equitalia” vergi agentliyinə qarşı məhkəmə prosesində qalib gəlib. Apasport.az saytının məlumatına görə, Neapol məhkəməsi agentliyin futbolçuya qarşı 39 milyon avroluq iddiasını rədd edib.

 

Maradona 1984-1991-ci illərdə “Napoli”də oynadığı zaman 39 milyon avro məbləğində vergidən yayınmaqda ittiham edilirdi. Vergi agentliyinin müraciətindən sonra ötən il onun İtaliyadakı hesabları dondurulub. Maradonanın vəkili isə bu gün açıqlama ilə çıxış edərək hər şeyin arxada qaldığını bildirib: “Bu sınağın bitdiyi artıq hamıya aydındır. İnanılmaz olsa da, sənədlərin gücü və həqiqət vergi orqanlarının iştirakı ilə gedən bu absurd prosesə son qoyub”.

 

Argentinalının izlənilməsi 2001-ci ildən başlayıb. Vergi orqanları İtaliyaya səfər edən Maradonanı az qala təyyarədəcə qarşılayırmışlar. 2003-cü ildə Maradonanın mehmanxanadakı nömrəsindəcə onun “Rolex” markalı 2 saatını və brilyant sırğasını müsadirə ediblər.

 

Maradona isə ittihamları həmişə rədd edib: “Mən vergi fırıldaqçısı deyiləm. Mən sadəcə futbol oynayırdım. Kim isə mənim əvəzimə qol çəkirdi”.

 

 

0