Azərbaycan - Özbəkistan matçında qol vurulmadı
20.08.2014 - 21:53
Azərbaycan - Özbəkistan matçında  qol vurulmadı

Bu gün futbol üzrə Azərbaycan yığması 2014-cü ildə növbəti yoxlama oyununa çıxıb. Apasport.az saytının xəbərinə görə, Berti Foqtsun çalışdırdığı komandamızın rəqibi Özbəkistan yığması olub.


Özbəkistan Azərbaycan üçün kifayət qədər tanış rəqibdi. Belə ki, millimiz tarixi ərzində bu komanda ilə 9 dəfə qarşılaşmışdı. 10-cu - yubiley matçı ərəfəsində Azərbaycanın özbəklər üzərində 4 qələbəsi vardı. Özbəkistan yığması millimizi iki dəfə üstələyə bilmişdi. Daha 3 oyunda da tərəflər meydanı sülhlə tərk etmişdilər.

 

Bir qayda olaraq, yoxlama oyunlarında qarşılaşmış komandaların oyunlarında bu qarşılaşmayadək bütövlükdə 21 qol vurulub ki, bunlardan 11-i yığmamızın aktivindəydi. Qalan 10 qolu isə özbəklər vurmuşdular.

 

Bu oyunda isə tərəflər çox çalışsa da, qapıya yol tapa bilmədilər və qarşılaşma sülhlə başa çatdı.

 

 

Yoldaşlıq görüşü

 

AZƏRBAYCAN – ÖZBƏKİSTAN - 0:0
Hakimlər: George Vadaçkoria, Levan Varamişvili, Levan Todria (hamısı Gürcüstan), Ömər Paşayev (Azərbaycan)
“Bakcell Arena”

Azərbaycan: 23. Səlahət Ağayev, 3. Rasim Ramaldanov, 4. Mahir Şükürov (k), 20. Ufuk Budak, 19. Rahid Əmirquliyev, 15. Ruslan Abışov, 7. Vaqif Cavadov, 11. Rauf Əliyev, 10. Rüfət Dadaşov, 26. Toğrul Erat, 13. Dmitri Nazarov.

Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 5. Elnur Allahverdiyev, 2. Emin Cəfərquliyev, 25. İlkin Qırtımov, 21. Əli Gökdəmir, 28. Emin Nuri, 8. Məhəmməd Mirzəbəyov, 6. Taşkın İlter, 24. Abdulla Abasıyev, 16. Cavid Hüseynov, 22. Əfran İsmayılov, 9. Cihan Özkara, 27. Kiyan Sultanpur.

 

Özbəkistan: 1. Eldorbek Suyunov, 2. Eqor Krimets, 20. İslam Tuxtaxujayev (k), 17. Səlim Mustofayev, 13. Davron Haşimov, 9. Sardar Raşidov, 7. Fazil Musayev, 10. Camşid İsgandarov, 14. Vladimir Kozak, 11. Novruz Alimov, 6. İvan Naqayev.
Ehtiyat oyunçular: 21. Nikita Rıbkin, 4. Bobur Yuldoşev, 5. Dilşad Jurayev, 8. Azim Axmedov, 15. Şahzodbek Nurmetov, 16. Pavel Smolyaçenko, 18. İqor Seqeyev, 22. Fərrux Seyfiyev, 23. Şerzod Feyziyev.

 

 
0