Böyükağa Hacıyev serblərin önünə çıxır
20.08.2014 - 14:48
Böyükağa Hacıyev serblərin önünə çıxır

Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində “Partizan”la Serbiyada qarşılaşacaq “Neftçi” görüşün hazırlığını Belqradda davam etdirir. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” Serbiya paytaxtında ilk məşqini keçirib.

 

Belqradda isti qarşılanan komanda “Partizan”ın prinsipial rəqibi “Srvena Zvezda”ya məxsus stadionda hazırlıq keçib. Bu günə planlaşdırılan matç öncəsi son hazırlıq isə qarşılaşmanın baş tutacağı arenada gerçəkləşəcək.

 

“Neftçi” “Partizan” stadionuna saat 23:00-da çıxacaq. Bundan yarım saat əvvəl isə komandanın baş məşqçisi Böyükağa Hacıyevin mətbuat konfransı təşkil olunacaq. Mütəxəssis yerli media nümayəndələrinin suallarını cavablandıracaq.

 

Qeyd edək ki, “Partizan” – “Neftçi” oyunu Bakı vaxtı ilə sabah saat 23:15-də başlayacaq.

 

Mənbə: neftchipfk.com

 

0