Böyükağa Hacıyev: Stadiondakı ab-hava ona pis təsir göstərirdi
22.08.2014 - 08:50
Böyükağa Hacıyev: Stadiondakı ab-hava ona pis təsir göstərirdi

“Partizan”ı ilk oyundakı qələbə münasibətilə təbrik edirəm. Lakin cütün qalibi cavab oyununda müəyyənləşəcək”. Apasport.az saytının məlumatına görə, bu szöləri “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib.

 

Təcrübəli mütəxəssis Avropa Liqasının pley-off mərhələsinin “Partizan”la Serbiyadakı oyunu (2:3) haqda fikirlərini açıqlayıb: “2:0 hesabı ilə öndə olduğumuz qarşılaşmada məğlub olduq. Bu qarşılaşmada bəzi futbolçuların xidmətindən yararlanmadım. Lakin cavab oyununda tam heyətlə mübarizə aparacağıq. Çalışacağıq ki, “Partizan”ı mübarizədən kənarlaşdıraq”.

 

Hacıyev komandanın serbiyalı qapıçısı Saşa Stamenkoviçin oyununu da dəyərləndirib: “Qolkiperimiz oyunu ilə göstərdi ki, özünü burada yaxşı hiss etmir. Stadiondakı ab-hava ona pis təsir göstərirdi”.

0